Yekaterinburqda Azərbaycanın Baş Konsulluğu şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr üçün iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, iftardan əvvəl Qurani-Kərimdən ayələr oxunub.
Daha sonra baş konsul v.i.e Şöhrət Mustafayev tələbələr qarşısında çıxış edərək birgə əməkdaşlığın əhəmiyyətindən danışıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb.