Astana hava limanında bir neçə reys təxirə salınıb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq, Astana Beynəlxalq Hava Limanında bir neçə reys təxirə salınıb.

AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, planlaşdırılan 86 reysdən 8-i təxirə salınıb. Hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün perronun və uçuş-enmə zolağının fasiləsiz təmizlənməsi işləri aparılır.