Avropa İttifaqı: Kiyevə 40 milyard avroluq yardım planının təsdiqlənməsi ilə bağlı çoxlu problemlər var

Avropa İttifaqı (Aİ) Ukraynaya 40 milyard avro məbləğində yeni yardım tranşının ayrılması təklifini təsdiqləməzdən əvvəl bir çox detalları razılaşdırmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas birlik ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

"Bu qərara ümumi siyasi dəstək var, lakin hələ razılaşdırılmalı olan bir çox detallar qalmaqdadır. Bu mövzuda müdafiə nazirləri də fikir bildirməlidirlər və biz onları dinləmək niyyətindəyik", - o qeyd edib.