Ermənistan parlamenti Avrointeqrasiya haqda qanunu qəbul edib

Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanılması haqda qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Trend Ermənistan KİV-ə istinadə xəbər verir ki, qanunverici orqanın iclası yerli telekanallar vasitəsilə canlı yayımlanıb.

 

“Qanun layihəsinin leyhinə 64 nəfər səs verib, 7 deputat ona qarşı çıxıb, beləcə qanun qəbul olunub”,- Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.