İranda Novruz bayramı tətillərində yol qəzalarında 396 nəfər ölüb

Ötən 11 gün ərzində İranda Novruz bayramı ilə əlaqədar yerli səfərlərdə baş verən yol qəzalarında 396 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Yol Polisinin rəis müavini Həsən Momeni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə yol qəzalarında 8 816 nəfər xəsarət alıb.

 

Kərəmi Əsəd bildirib ki, qeyd olunan müddətdə ümumilikdə 51 501 yol qəzası qeydə alınıb. Qəzaların əsas səbəbi önə diqqət etməmək (44%) və nəqliyyat vasitəsinin idarəetməsini itirmək (29%) olub.

Qeyd edək ki, İranda Novruz bayramında və ölkədə qeyd olunan “Yeni İl” istirahət günlərində əhalinin istirahət və şənliklər təşkil etməsi ilə əlaqədar ölkədaxili səfərləri artır.