Qəzzada həlak olan uşaqların sayı 320-i ötüb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən bəri bölgədə həlak olan fələstinli uşaqların sayı əhəmiyyətli dərəcədə artıb.

Trend UNICEF-ə istinadən xəbər verir ki, mart ayının ortalarından bəri Fələstin anklavında həlak olan uşaqların sayı 322 nəfəri ötüb.

 

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı sudan, havadan və qurudan bombalamağa başlayıb.

İsrail baş naziri Binyamin Netanyahunun qərargahı bunu HƏMAS-ın atəşkəs haqda razılaşmanın ikinci mərhələsi üzrə danışıqlarda beynəlxalq vasitəçilərin irəli sürdüyü təklifləri rədd etməsi ilə əsaslandırıb.