İzmirdə 46 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 46 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, İzmirin Dikili rayonunun ərazi sularında aşkarlanıblar. Rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.