ABŞ daxili təhlükəsizlik naziri restoranda qarət edilib

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonun mərkəzində "Capital Burger" restoranında olduğu zaman qarət edilib.

Trend-in məlumatıa görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

 

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, müəssisədəki müşahidə kameraları Noemin çantasının tibbi maska​​taxan naməlum ağdərili şəxs tərəfindən oğurlandığını qeyd edib. Çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzilin açarları, pasport, nazirliyə vəsiqəsi, kosmetik çanta, blank çekləri və təxminən 3000 dollar pul olub.