Bəndər Abbasda baş verən partlayışda ölənlərin sayı 70-ə çatıb

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayışın qurbanlarının sayı artıb.

Trend-in məlumatına görə, son məlumatlara görə, artıq 70-dən çox ölü və 1200-dən çox insan yaralanıb.Bundan əvvəl İran rəsmiləri və yerli media 40 nəfərin öldüyünü və 1242 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlamışdı.