Vaşinqton və Kiyev Ukraynanın təbii sərvətlərinə dair saziş imzalayıblar

ABŞ və Ukrayna tərəfi Ukraynanın təbii ehtiyatlarına dair saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.

 

Rəsmi Vaşinqton saziş çərçivəsində Bərpa İnvestisiya Fondunun təşkil olunacağını təsdiqləyib.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyev ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalamaq üçün “yekun qərarları” təsdiqləyib.