Hindistan Pakistana raket zərbələri endirib (VİDEO)

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

 

Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb.