Rəcəb Tayyib Ərdoğan ilə Ciorcia Meloni arasında telefon danışığı olub

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Söhbət zamanı iki lider Türkiyənin Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etmək istəyi fonunda diplomatik perspektivləri nəzərdən keçirib, Ukraynada ədalətli və davamlı sülhə dəstəklərini bir daha bəyan ediblər.

Ciorcia Meloni Türkiyənin münaqişəyə son qoyacaq danışıqlar yolu ilə həllə sadiqliyinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.