Roma Papası XIV Leonun uşaqlıq evi Çikaqoda hərraca çıxarılıb

Roma Papası XIV Leonun uşaqlığını keçirdiyi ABŞ-nin İllinoys ştatının Çikaqo ətrafında yerləşən ev hərraca çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, lotun başlanğıc qiyməti 250 min dollardır.

Təkliflər iyunun 18-dək qəbul edilir, lakin ev sahibinin bu tarixə qədər hərracı bitirmək hüququ var. Evdə üç yataq otağı və iki vanna otağı var.