ABŞ-In keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.
AZƏRTAC-ın məlumatına görə, bu barədə onun şəxsi ofisinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib.
Məlumata əsasən, hazırda Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər.