ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələnib

Vaşinqtonda İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb.

Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "CBS News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə mayın 21-i axşam yerli vaxtla saat 21:15 radələrində baş verib

Bildirilib ki, iki səfirlik əməkdaşı paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Daha bir neçə diplomatik missiya əməkdaşı da yaralanıb.