Minifutbol üzrə dünya çempionatında bu gün II turun oyunları keçiriləcək

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin II turu çərçivəsində növbəti oyunlar baş tutacaq.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında ümumilikdə 8 qarşılaşma oynanılacaq.

Günün açılış matçında Qana və İsrail milli komandaları üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

12:45. Qana - İsrail
14:00. ABŞ - Polşa
15:15. Bosniya və Herseqovina - Qazaxıstan
16:30. Gürcüstan - Argentina
18:15. İspaniya - Serbiy
19:30. Monteneqro - Kosta Rika
20:45. Tailand - İndoneziya
22:00. BƏƏ - Çexiya