Pelleqrini "İnter"in final matçını görmədən vəfat etdi

İtaliyanın “İnter” futbol klubunun keçmiş sahibi və prezidenti Ernesto Pelleqrini 84 yaşında dünyasını dəyişib.

Trend bu barədə komandanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Pelleqrini Milanın “İnter” klubunu 1984-cü ildə alıb və ona 11 il ərzində sahib olub. 1995-ci ildə şirkətin səhmlərini Massimo Morattiyə satıb. “İnter” Pelleqrinin dövründə İtaliya çempionatının qalibi olub və iki dəfə “UEFA” kubokuna yiyələnib (indiki – Avropa Liqası).

Qeyd edək ki, mayın 31-də “İnter” klubu Çempionlar liqasının final matçında meydana çıxacaq. Münhendə baş tutacaq finalda komandanın rəqibi “Pari Sen-Jermen” klubudur.