Gələcəkdə yeni seçilən Roma Papası ilə görüşün baş tutması üçün danışıqlar gedir.
Trend xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Yəqin ki, bu məsələ də həllini tapacaq. Papa, onun ətrafı ilə əlaqələrimiz, dostluğumuz, münasibətlərimiz, ünsiyyətimiz var.
2025-ci ilin sonlarında Müsəlman Ağsaqqalları Şurasıyla birlikdə Roma Papası ilə görüş ola bilər. Belə təklif var. Bundan əlavə, birbaşa görüşlərin keçirilməsi üçün də işlər görülür. Demək olar ki, bütün Papalar Azərbaycana gəliblər. Ümidvaram ki, yeni seçilən Roma Papası da Azərbaycana təşrif buyuracaq”, - deyə A.Paşazadə fikrini tamamlayıb.