BMT Baş Assambleyası Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib

BMT Baş Assambleyası Qəzza zolağında dərhal, qeyd-şərtsiz və daimi atəşkəsə çağıran qətnamə qəbul edib.

Trend xəbər verir ki, sənədi 149 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 19 nümayəndə heyəti bitərəf qalıb.

 

Sənəd Baş Assambleyanın cümə axşamı öz işini davam etdirən 10-cu fövqəladə sessiyası zamanı qəbul edilib.