İranın Buşehrdəki atom stansiyası hücuma məruz qalmayıb - Beynəlxalq Atom Enerji Agentliyi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Buşehrdəki atom elektrik stansiyasının İsrailin hava hücumlarına məruz qalmadığını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

"İran hakimiyyəti BAEA-ya məlumat verib ki, Buşehr AES-ə hücum olmayıb, Natanz obyektində isə radiasiya səviyyəsində artım qeydə alınmayıb", – deyə Agentliyin baş direktoru Rafael Qrossi bildirib.

Bundan əvvəl, Beynəlxalq Atom Enerji Agentliyi, Natanzdakı nüvə obyektinin İsrailin hücumlarının hədəflərindən biri olduğunu bildirmişdi.

"Agentlik İranda son dərəcə narahatedici vəziyyəti diqqətlə izləyir", – deyə Qrossi vurğulayıb.