Britaniya Yaxın Şərqdəki bazalarına əlavə qüvvələr yerləşdirəcək

Böyük Britaniya bölgədə vəziyyətin gərginləşməsi fonunda Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri göndərəcək.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

 

"Biz bölgəyə əlavə qüvvələr, o cümlədən qırıcı təyyarələr yerləşdiririk. Bu, təxirəsalınmaz yardım göstərmək üçün lazımdır", - o vurğulayıb.