İsraildə “Microsoft” ofisi yaxınlığına raket düşüb

İsrailin Beer-Şeva şəhərində İranın atdığı ballistik raketlərdən birinin texnopark qarşısında partlaması nəticəsində “Microsoft” korporasiyasının yerli ofisi yaxınlığında güclü yanğın meydana gəlib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ballistik raket zərbəsi ərazidə dağıntılara səbəb olsa da, qurbanların olmadığı bildirilir.