İsrail hava qüvvələri Tehranda strateji obyektləri vurur: SEPAH hərbçiləri öldürülüb - IDF (YENİLƏNİB) (VİDEO)

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Tehrana endirilmiş aviazərbələrin hədəflərini açıqlayıb.

Trend-in xəbərinə görə, zərbələr Tehranın mərkəzi hissəsində yerləşən obyektlərə:

• Tehran əyalətinin bir sıra şəhərlərində təhlükəsizliyin təmin olunmasına cavabdeh olan “Bəsic” qüvvələrinin baş qərargahına və “Əlbariz” briqadasına;
• İran silahlı qüvvələrinin strukturuna daxil olan kəşfiyyat və ümumi təhlükəsizlik polisi bölmələrinə;
• SEPAH-ın “Tarallah” baş qərargahına və onun nəzarətində olan daha bir briqadaya tuş gəlib.

İran rəsmiləri hələ ki, bununla bağlı rəsmi bəyanatla çıxış etməyiblər. Hücumlar regionda gərginliyin artması fonunda baş verib.