Bu ölkə rusiyalı diplomatı ölkədən çıxarıb

Estoniya rusiyalı diplomatı ölkədən çıxarıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

 

Məlumata görə, Estoniya XİN Rusiya səfirliyinin birinci katibini persona non-qrata elan edərək ölkədən çıxarıldığını elan edib.

"Rusiyalı diplomat respublikanın konstitusiya quruluşunun sarsıdılmasında iştirak etməkdə ittiham olunub", - məlumatda deyilir.