İran genişmiqyaslı hərbi-dəniz təlimlərinə başladı

İran Oman körfəzi və Hind okeanında genişmiqyaslı hərbi-dəniz təlimləri keçirir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, təlimlərin əsas mərhələsi “Sustainable Power 1404” avqustun 21-də start götürüb.

İranın Hərbi-Dəniz Qüvvələrinin gəmilərindən və sahildən müxtəlif növ qanadlı raketlər buraxılıb.