Məlumata əsasən, iddia 2020-ci ildə qaldırılıb. İttiham tərəfinin sözlərinə görə, 2016-cı ildən başlayaraq, cihaz parametrlərində "Veb axtarış və tətbiqlərin tarixçəsi" seçimi deaktiv edilmiş olsa belə, "Google" üçüncü tərəf proqramlarından istifadəçi məlumatlarını toplayıb.
Münsiflər heyəti şirkəti istifadəçi məxfiliyini pozmaqda təqsirli bilib, lakin kompüter fırıldaqlığı və sui-istifadə haqqında qanunu pozmaq ittihamlarını rədd edib. Münsiflər heyəti istifadəçilərə dəyən ziyanı 425,7 milyon dollar dəyərində qiymətləndirib.