Hindistandan Rusiyaya əmək miqrantlarının axını kəskin artıb

Hindistandan Rusiyaya əmək miqrantlarının axını kəskin artıb. İndi onların sayı əvvəlki illə müqayisədə təqribən 25 faiz çoxdur. Hindistanlılar üçün bu il kvotanın ümumi sayı 234,9 min nəfərdən 71,8 minə çatıb ki, bu da kəskin işçi qüvvəsi çatışmazlığı ilə əlaqədardır.

AZƏRTAC “Mash” resursuna istinadla xəbər verir ki, Hindistandan əmək miqrantlarının axını sürətlə artır və bu tendensiya fonunda onlar MDB ölkələrinin mütəxəssisləri ilə rəqabət apara bilirlər. Bu il Rusiyaya gələn hindlilərin sayı əvvəlki dövrlə müqayisədə 24,6 faiz artıb. Əsas işçi axını Pəncab, Bihar və Uttar Pradeş əyalətlərindəndir.

Miqrantların əksəriyyəti xidmət və tikinti sektorlarında çalışır. Rusiyanın onlar üçün cəlbediciliyinin əsas amilləri öz ölkələrindən orta hesabla 60 faiz yüksək olan əməkhaqqı, həmçinin rahat həyat səviyyəsidir. İşə qəbul prosedurunu sadələşdirmək üçün xüsusi viza proqramı mövcuddur.

Yaxın vaxtlarda Hindistanın Yekaterinburq və Kazan şəhərlərində miqrasiya məsələləri ilə məşğul olacaq baş konsulluqlarının açılması planlaşdırılır. İxtisaslaşmış işəgötürmə şirkətləri işə qəbul prosesində fəal iştirak edir.

Bu ərəfədə Rusiyada qeyri-qanuni yaşayan xarici vətəndaşların leqallaşdırılması müddəti başa çatıb. Artıq sentyabrın 11-dən lazımi sənədləri ala bilməyən miqrantlar vətənlərinə deportasiya edilir.