Əfqanıstanın 5 əyalətində internet qadağan olunub

Əfqanıstan hökuməti ölkənin ali lideri Heybətullah Axundzadənin əmri ilə beş əyalətdə internet təchizatını dayandırıb.

Trend bu barədə xarici KİV- ə istinadən xəbər verir.

 

Məlumata görə Qəndahar, Uruzqane, Gilmənd, Nimruz və Balx əyalətlərində internetə giriş qadağan edilib. Adı çəkilən vilayətlərdə bütün WiFi – qoşulmaların bütün mənbələri dekativləşdirilib.

Ölkə üzrə fiber-optik internet provayderlərinin fəaliyyətinin demək olar ki, tamamilə dayandırıldığı qeyd edilib.