Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər

Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər.

Trend-in məlumatına görə, bu barədə respublikanın müvəqqəti prezidenti Əhməd əl-Şara bildirib.

O vurğulayıb ki, belə bir addım İsrail ilə münasibətlərin normallaşması demək deyil.

 

"Yaxın günlərdə İsraillə 1974-cü il müqaviləsinə bənzər [Colan Təpələrində Suriya və İsrail qüvvələrinin ayrılması haqqında] saziş imzalana bilər", - deyə o qeyd edib.

Onun sözlərinə görə, İsraillə razılaşma heç bir halda münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil.