Formula 1-də bu mövsüm Britaniya Qran-Prisindən sonra istefaya göndərilən “Red Bull” komandasının sabiq rəhbəri Kristian Hornerin alacağı təzminat məlum olub.
AZƏRTAC “The Times” nəşrinə istinadən xəbər verir ki, Avstriya təmsilçisi təcrübəli mütəxəssisə 107 milyon dollar ödəyəcək. Hornerin gedişindən sonra bu posta Loran Mekis gətirilib.
Mekis bunadək “Red Bull”un baş icraçı direktoru vəzifəsində çalışıb.
2005-ci ildən komandaya rəhbərlik edən Hornerin müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulmuşdu.