Vyetnamda daşqınlar 37 nəfərin həyatına son qoyub

Vyetnamın mərkəzi hissəsində güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

AZƏRTAC Vyetnam informasiya agentliyinə (VNA) istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində daha 5 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

Təbii fəlakətlərlə mübarizə və bəndlərə nəzarət idarəsinin bu gün yaydığı məlumata görə, 12 min 600-dən çox bina su altında qalıb, 103 bina tamamilə dağılıb, 451-i isə zədələnib.

Daşqınlar, həmçinin hektarlarla əkin sahəsini su altında qoyub, 64 mindən çox mal-qara və ev quşları tələf olub, meliorasiya sistemlərinə və çay sahillərinə ciddi ziyan dəyib.