ABŞ-nin Ukrayna üzrə vasitəçiliyi uğur qazana bilər — Fidan

Ankara ilk növbədə Ukraynada atəşkəsin əldə edilməsinin tərəfdarıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə keçirilən Doha Forumunda da çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, ABŞ-nin Ukrayna üzrə vasitəçiliyi uğur qazana bilər.

“ABŞ Prezidenti Donald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Baş verənlərdən çox ağır dərslər çıxardıq”, — nazir vurğulayıb.