Yaponiyada baş vermiş zəlzələdə azı 30 nəfər yaralanıb

Ötən gün Yaponiyanın Aomori prefekturası ətrafında baş verən və tsunami xəbərdarlıqlarına səbəb olan 7,5 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanay Takaiçi açıqlama verib.

 

Baş nazir seysmik aktiv bölgələrdə yaşayan sakinləri zəlzələ ilə bağlı xəbərdarlıqlıarı 1 həftə ərzində yaxından izləməyi tövsiyyə edib.

“Normal sosial-iqtisadi fəaliyyətlərinizi davam etdirərkən, çevrənizdəki təhlükəsiz təxliyə zonalarını və yollarını öyrənin, aşma riski olan mebellərin mövqeyini möhkəmlədin və gündəlik zəlzələ hazırlıqlarınızı davam etdirin. Həmçinin təxliyəyə hazır olun”-, deyə Baş nazir bildirib.