Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Fəhrəc rayonunda baş verən silahlı insidentdə 3 polis əməkdaşı və bir mülki vətəndaş öldürülüb.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, insidentə səbəb rayonda qurulan yoxlama-keçid məntəqəsinə naməlum silahlıların hücum etməsi olub.
Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Naməlum silahlılar haqda əlavə məlumat verilməyib.