Amerika Birləşmiş Ştatları hökuməti Gürcüstan Müdafiə Nazirliyinə 10 milyon 431 min 459,9 dollar məbləğində qrant verəcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ hökuməti tərəfindən Gürcüstan Müdafiə Nazirliyinə ayrılan qrantların təsdiqlənməsi barədə fərman imzalayıb.
Sənədə əsasən Gürcüstan Müdafiə Nazirliyinə bu fərmanda nəzərdə tutulduğu kimi, ABŞ Hökuməti tərəfindən Gürcüstan Müdafiə Nazirliyinə ayrılmış qrantlarda göstərilən rabitə avadanlıqlarını və digər malları qəbul etmək səlahiyyəti verilib.