Bu ölkədə 2025-ci ildə yeni avtomobillərin 96%-i elektromobil olub

Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi elektromobil olub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, dekabr ayında isə göstərici 98 faizə yüksəlib.

 

Qeyd edilir ki, 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi elektrik dartısına əsaslanırdı.

Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib ki, bu da illik əsasda 40 faiz artım deməkdir.