Böyük Britaniyada "X" platforması ilə bağlı rəsmi araşdırma başlanıb

Böyük Britaniyanın media nəzarətçisi "Ofcom" İlon Maska məxsus "X" platformasında "Grok" süni intellekt aləti vasitəsilə qadınların şəkillərini manipulyasiya edilməsi iddiaları ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, qurum bu qərarı "X" platformasında "Grok" tərəfindən yaradılan çoxsaylı cinsi xarakterli görüntülərin yayılması fonunda yaranan geniş ictimai və siyasi etirazlardan sonra qəbul edib.

 

"Ofcom" "X"-i ölkədə qüvvədə olan Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində araşdırır. Sözügedən qanun pozuntulara görə müxtəlif sanksiyalar, o cümlədən ən ağır hallarda platforma və tətbiqlərin Böyük Britaniyada faktiki olaraq qadağan edilməsi imkanını nəzərdə tutur.