Braziliyada Lula da Silva yenidən prezident seçildi
Braziliyada ikinci turda keçirilən prezident seçkilərini ölkənin hazırkı Prezidenti Luiz Inacio Lula da Silva qazandı.

Braziliya mətbuatı ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 99,99%-nin sayıldığını elan etdi. İşçi Partiyasının namizədi və hazırkı Prezident Luiz Inacio Lula da Silva səslərin 51,79%-ni toplayaraq bir daha vəzifə başında qalmağa haqq qazandı. Onun rəqibi Azadlıq Partiyasının namizədi senator Flavio Bolsonaro isə 48,21% səslə ikinci yerdə qərarlaşdı. Siyasi karyerasında dördüncü dəfə bu vəzifəyə seçilən Lula Da Silva-nın tərəfdarlarının Sao Paulo küçələrində qeyd etmələr keçirdiyi bildirildi. 4 oktyabrda keçirilən ilk turda Bolsonaro 47%, Lula da Silva isə 45,1% səs toplamışdı.