Husilər, Ər-Riyadda iki hədəfi vurduqlarını elan etdilər
Yəməndəki Husilər, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Şərq-Qərb Neft Boru Kəmərini hədəf aldıqlarını açıqladı.

Husilərin hərbi sözçüsü Yahya Seri, sosial media hesabından etdiyi açıqlamada, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını ballistik raketlə hədəf aldıqlarını bildirdi. Seri, Şərq-Qərb Neft Boru Kəmərinin xam neft nasos stansiyalarını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumları təşkil etdiklərini də qeyd etdi.