Pezeşkiyan Trampa cavab verdi: İranda 'sərtlik tərəfdarları' və ya 'mülayimlər' yoxdur
İran Prezidenti Mesud Pezeşkiyan, ABŞ Prezidenti Donald Trampın İran daxili siyasətində bölünmə yaşandığı yönündəki iddialarına cavab verərək, “İranda 'sərtlik tərəfdarları' və ya 'mülayimlər' yoxdur. Hamımız iranlıyıq və inqilabçıyıq” dedi.