Almaniyanın Leipzig şəhərində bir avtomobilin piyadalara çarpması nəticəsində 2 nəfər həyatını itirdi, 8 nəfər yaralandı.
Leipzig Bələdiyyə Başçısı Burkhard Jung şəhərdə bir avtomobilin piyadalara çarpması nəticəsində 2 nəfərin həyatını itirdiyini, 8 nəfərin də yaralandığını bildirdi. Avtomobili idarə edən şəxsin tutulduğunu bildirən Jung, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd etdi. Hadisə ilə bağlı araşdırma başladılıb.