CENTCOM: İran Hörmüz Boğazında ABŞ hərbi gəmilərinə və ticarət gəmilərinə hücum etdi
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı, İranın Hörmüz Boğazında ABŞ hərbi gəmilərinə və boğazdan keçən ticarət gəmilərinə hücum etdiyini açıqladı.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) Komandanı Admiral Brad Cooper, Amerikan mətbuatına Hörmüz Boğazındakı son vəziyyəti qiymətləndirdi. Cooper, İranın Hörmüz Boğazında üzən bəzi ABŞ hərbi gəmilərini və onların müşayiətindəki ticarət gəmilərini hədəf aldığını bildirdi. İranın, ABŞ ordusunun qoruduğu gəmilərə çox sayda qanadlı raket, pilotsuz uçuş aparatı (PUA) və bəzi dəniz vasitələri ilə hücum etdiyini qeyd edən Cooper, "Sözügedən təhdidlərin hamısı zərərsizləşdirildi. İranın hücumuna cavab olaraq ABŞ ordusu, İrana məxsus 6 qayığı vuraraq batırdı" dedi.