Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında etdiyi paylaşımda, Atlantik okeanının cənubunda Argentinadan Afrikanın qərbindəki Kabo Verdeyə gedən sərnişin gəmisində 7 hantavirus hadisəsinin müəyyən edildiyini qeyd etdi. Qebreyesus, ÜST-nin bu virusun qlobal əhali üçün riskini aşağı qiymətləndirdiyini vurğulayaraq, "4 may tarixinə gəminin yola çıxdığı 1 aprel tarixindən bu yana, 3 ölüm də daxil olmaqla 7 hantavirus hadisəsi (2 təsdiqlənmiş və 5 şübhəli) müəyyən edilib" ifadələrini işlətdi.
Qebreyesus, ÜST-nin vəziyyəti izləməyə davam edəcəyini bildirərək, "ÜST, gəmidəki sərnişinlər və heyəti dəstəkləmək üçün müvafiq ölkələr və gəminin operatoru ilə işləyir. Koordinasiyalı beynəlxalq müdaxilə, dərinləşdirilmiş araşdırmaları, hadisə izolyasiyasını və qayğısını, tibbi təxliyəni və laboratoriya araşdırmalarını əhatə edir" açıqlamasında bulundu.