ABŞ Prezidenti Donald Tramp, "Azadlıq Layihəsinin müvəqqəti dayandırılmasına qərar verdik" dedi.
ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından Azadlıq Layihəsi ilə bağlı açıqlama verdi. Tramp, “Pakistan və digər ölkələrin tələbi ilə, İrana qarşı apardığımız əməliyyatda əldə etdiyimiz möhtəşəm hərbi uğurlar və həmçinin İran nümayəndələri ilə tam və yekun bir razılaşmaya nail olunması istiqamətində böyük irəliləyiş əldə edilməsi səbəbindən, blokada tam qüvvədə qalmaqla yanaşı, razılaşmanın yekunlaşdırılıb imzalanıb-imzalanmayacağını görmək üçün Azadlıq Layihəsinin qısa müddətə dayandırılmasına qarşılıqlı olaraq qərar verdik” ifadələrini işlətdi.