Angolada mədən qəzası: 28 ölü
Angolanın şimalında qeyri-qanuni qızıl mədənində baş verən torpaq sürüşməsində 28 nəfər həyatını itirdi.

Angolanın şimalında Bengo vilayətinə bağlı Nambuangongo qəsəbəsində tərk edilmiş bir mədəndə çökmə baş verdiyi bildirildi. Qeyri-qanuni qızıl mədənində baş verən torpaq sürüşməsində 13-ü eyni ailədən olmaqla 28 nəfərin həyatını itirdiyi qeyd edildi. Mədəndən yaralı halda çıxarılan 3 nəfərin xəstəxanada müalicə altına alındığı, mədəndə olduqları müəyyən edilən 2 nəfər üçün isə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirildi.