Çində sel təhlükəsi səbəbindən fövqəladə xəbərdarlıq edildiyi və minlərlə insanın təhlükəsiz ərazilərə köçürüldüyü bildirilib.
Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsi ölkənin daxili hissələrindəki Anhui əyalətinin qərbi və Hubey əyalətinin şərqindəki yaşayış məntəqələri üçün ən yüksək xəbərdarlıq səviyyəsi olan 'qırmızı həyəcan' elan etdi. Selin təsir etdiyi bölgələrdən 1805 nəfərin təxliyə edildiyi bildirildi. Çin Fövqəladə Hallar İdarəetmə Nazirliyi, sahədə vəziyyəti qiymətləndirmək və seldən təsirlənmiş vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün bölgəyə bir işçi qrupunun göndərildiyini açıqladı.