Çilidə 6.9 bal gücündə zəlzələ
Çilinin şimalında 6.9 bal gücündə zəlzələ baş verdi.

ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS), Çilinin şimalında yerləşən Calama şəhərinin 31 kilometr şərqində 6.9 bal gücündə təkan qeydə alındığını açıqladı. 101 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmadığı bildirildi.