Tokioda ticarət mərkəzinə yad maddə püskürdülməsi nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirildi
Yaponiyanın paytaxtı Tokioda bir nəfərin ticarət mərkəzinə yad maddə püskürdülməsi nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirildi.

Yaponiyanın paytaxtı Tokioda bir nəfərin sprey istifadə edərək ticarət mərkəzinin içərisinə yad maddə püskürdülməsi nəticəsində 19 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirildi. Polisin şübhəlini axtardığı hadisədə ticarət mərkəzinin içindəki ATM yaxınlarına püskürdülən maddənin, acı bibərdə olan bir qıcıqlandırıcı sprey ola biləcəyi qeyd edildi. Rəsmilər, bəzi insanların boğazlarının ağrıdığını və qaşındığını ifadə etdiyini söylədi. Hadisədən sonra ticarət mərkəzi ətrafındakı yolun nəqliyyata bağlandığı bildirildi.