Netanyahu ordunu Livana hücumları artırmağa əmr etdi
İsrail Baş naziri Binyamin Netanyahu, ordunun Livana hücumları artırması üçün əmr verdiyini açıqladı.

İsrail Baş naziri Binyamin Netanyahu, sosial media hesabında yayımladığı videoda, Livana təşkil etdikləri hücumlar və Hizbullahın pilotsuz uçuş aparatı (PUA) hücumları haqqında danışdı. Netanyahu, Hizbullahla müharibədə olduqlarını bildirərək, “Livanda qaz pedalından ayağımızı çəkmirik. Doğrudur, bizi pilotsuz uçuş aparatları ilə hədəf alırlar. Bunun üzərində çalışan xüsusi bir komandamız var və bunu da həll edəcəyik. Bunun üçün zərbələri və şiddətini artırmağımızı tələb edir” ifadələrini işlətdi.