CENTCOM: ABŞ qüvvələri İranın cənubuna 'özünümüdafiə' məqsədli hücumlar təşkil etdi
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) sözçüsü Tim Hawkins, “ABŞ qüvvələri İranın cənubuna 'özünümüdafiə' məqsədli hücumlar təşkil etdi” dedi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), ABŞ qüvvələrinin İranın cənubundakı bəzi hədəflərə yeni hücumlar təşkil etdiyini açıqladı. CENTCOM sözçüsü Tim Hawkins, əməliyyatların 'özünümüdafiə' çərçivəsində həyata keçirildiyini iddia edərək, hədəflər arasında raket buraxılış sahələri və mina döşəmə hazırlığında olduğu iddia edilən İran gəmilərinin olduğunu bildirdi.

Hawkins, hücumların 'ABŞ əsgərlərini İran qüvvələrindən qaynaqlanan təhdidlərə qarşı qorumağı məqsəd götürdüyünü' müdafiə edərək, ABŞ-ın bölgədə davam edən atəşkəs prosesində təmkinli davranmağa davam etdiyini və hərbi elementlərini qorumağa davam edəcəyini qeyd etdi.